Respublikaçılar hakimiyyətə gəlsələr, Baydenə qarşı ittihamlar irəli sürəcəklər - Tramp
Respublikaçılar hakimiyyətə gəlsələr, ABŞ prezidenti Co Baydenə qarşı ittihamlar irəli sürəcəklər.
Redaktor.az xəbər verir ki, bu fikri SiriuxXM radiosuna müsahibəsində Amerika dövlətinin keçmiş rəhbəri Donald Tramp bildirib və qeyd edib ki, o, hazırda Vaşinqton administrasiyası tərəfindən oxşar təqiblərə məruz qalır.
Trampdan müsahibə alan teleaparıcı Megyn Kellynin YouTube kanalında yerləşdirdiyi videoda siyasətçi Baydenin mümkün impiçmenti məsələsinə toxunaraq deyib ki, demokratlar əvvəllər ona qarşı “eyni şeyi ediblər”. "Əgər onlar mənə bunu etməsəydilər, məncə, heç kimin bunu rəsmi şəkildə dediyini düşünmürəm, bəlkə də siz onlara bunu etməzdiniz" - o, deyib.
"Eyni şey ittihamlarla da olacaq. Mənə qarşı ittihamlar yalandır. Düşünürəm ki, zaman keçdikcə respublikaçıların hakimiyyətdə olduqları zaman bunu necə edəcəklərini (Baydenə qarşı ittihamlar irəli sürəcəklərini) görəcəksiniz. Bu, ayıbdır. Bunun baş verəcəyini, hadisələrin belə inkişafını dəstəkləmirəm, amma məhz belə olacaq”, - deyə siyasətçi etiraf edib.
Turan İSMAYIL