"Bölgədə Türkiyənin daxil olmadığı dəhlizlərin davamlılığı mümkün deyil” - Hakan Fidan

 14:24 15.09.2023     383

“Bölgəmizdə Türkiyənin daxil olmadığı enerji və infrastruktur dəhlizlərinin davamlı olması mümkün deyil”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən 10-cu Türk Dünyası İş Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Ankara Orta Şərqdəki sabitlik üçün xüsusi əhəmiyyət daşıyan İnkişaf Yolu Layihəsinin bir neçə ay ərzində icra ediləcəyinə ümid edir.