"Votsapın Rusiyada bloklanması çətin ki, baş versin" - Komitə sədri

 17:08 15.09.2023     254

Rusiyada votsap (WhatsApp) messencerinin bloklanması çətin ki, baş versin.

Redaktor.az MK-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının İnformasiya Texnologiyaları Komitəsinin sədri Anton Qorelkin şəxsi teleqram kanalında bildirib.

Onun sözlərinə görə, votsapın bloklanması çətin ki, baş versin, çünki ictimai kanalların funksionallığı Rusiyada həyata keçirilə bilməz. O, vurğulayıb ki, xidmət sahibləri bu funksiyanı Rusiyada 99% ehtimalla işə salmağa razı olmayacaqlar.

Qeyd edək ki, daha əvəəl Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteynin votsap messencerinin bloklanmasına icazə verdiyi barədə məlumat yayılıb.

Turan İSMAYIL