Stoltenberq ABŞ-a səfər edəcək

 18:00 15.09.2023     213

NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

Redaktor.az NATO-nun saytına istinadən xəbər verir ki, Stoltenberq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün sentyabrın 18-dən sentyabrın 21-dək Nyu Yorkda səfərdə olacaq.

Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq

Sentyabrın 21-də Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək. O, həmçinin ABŞ-ın dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.