ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

 18:39 15.09.2023     323

ABŞ Maliyyə Nazirliyi üç İran mediasını sanksiyalar siyahısına əlavə edib.

Redaktor.az MK-ya istinadla xəbər verir ki, bunlar Tasnim, Fars və Press TV kanallarıdır.

Bundan əlavə Yaftar şirkəti də siyahıya daxil edilib.

Sanksiya siyahısına 25 nəfər də əlavə edilib. Onlardan bəziləri İranın hüquq-mühafizə orqanlarını və İslam İnqilabı Keşikçiləri Korpusunu təmsil edir.

Ağ Evin rəhbəri Co Bayden mətbuat xidməti vasitəsilə bildirib ki, Məhsa Əmininin ölümünün ildönümündə “insan haqlarını ən kobud şəkildə pozanlara” qarşı sanksiyalar tətbiq edilib. Məhsa Əmini bir il əvvəl düzgün hicab geyinmədiyinə görə saxlandıqdan sonra vəfat edib. Onun ölümü İranda kütləvi etirazlara səbəb olub.

Turan İSMAYIL