ABŞ artilleriya mərmilərinin istehsalını artıracaq - ayda 100 min
ABŞ administrasiyası 2025-ci ilə qədər 155 mm-lik artilleriya mərmilərinin istehsal həcmini ayda 100 minə çatdırmağı planlaşdırır.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill LaPlante Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxışı zamanı deyib.
"2025-ci ilə qədər ayda 100.000-ə çatmaq yolundayıq. 2025-ci ildə 100.000-ə çatacağıq. 6-8 ay əvvəl ayda 14.000 idik. İndi ayda 28.000-dəyik", - deyə o bildirib.
Turan İSMAYIL