Qadın qulaqcığı vitaminlə səhv salaraq UDDU

 20:14 15.09.2023     325

ABŞ-dan olan 52 yaşlı qadın qulaqcığı vitaminlə səhv salaraq udub. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

Qadın gəzintiyə çıxdığını və bir ildir görmədiyi köhnə dostu ilə görüşdüyünü söyləyib. Söhbət zamanı qadın vitamin qəbul etməli olduğunu xatırlayıb. O, ovucuna bir ovuc dərman töküb, lakin əvəzində təsadüfən digər əlində tutduğu AirPods Pro-nu udub.

Qadın dərmanların hələ də əlində olduğunu biləndə nə baş verdiyini anlayıb. Şoka düşən qadın evə qayıdıb və baş verənləri ərinə danışıb. Cütlük məsləhət almaq üçün dərhal tibb sahəsində çalışan dostlarına və qohumlarına müraciət edib.

Yusif EYVAZLI