"Müharibə mümkün qədər tez bitməlidir"

 20:36 15.09.2023     355

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​bildirib ki, Ankara konstruktiv işləməyə davam edir və Qara dəniz taxıl sazişinin yenilənməsi üçün təşəbbüslər irəli sürür.

Redaktor.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

“Türkiyə, prezidentimizin təşəbbüsü ilə bizim koordinasiyamızla həyata keçirilən və səmərəliliyi sayəsində taxıl böhranının aradan qaldırılmasına böyük töhfə verən Qara dəniz taxıl sazişinin yenilənməsi istiqamətində konstruktiv işləri və təşəbbüsləri davam etdirir”, - deyə Gülər ​​bildirib.

Nazir qeyd edib ki, o, taxıl təşəbbüsünü yeniləmək və Türkiyənin iki qonşusu arasında “bu müharibəni mümkün qədər tez bitirmək” kimi ağlabatan yanaşmanın tərəfdarıdır.

Turan İSMAYIL