ABŞ taxıl müqaviləsinə qayıtmaq üçün Rusiyaya təzyiq göstərəcək - Ağ Ev
ABŞ taxıl razılaşmanı bərpa etmək üçün Rusiyaya təzyiq göstərmək niyyətindədir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Birləşmiş Ştatlar Qara dəniz taxıl müqaviləsinə tez bir zamanda qayıtmaq imkanını görmür, lakin bu razılaşmanı bərpa etmək üçün Rusiyaya təzyiqləri davam etdirmək niyyətindədir" - o, bildirib.
Sallivan Qara dəniz taxıl sazişinin bərpasının mümkünlüyü ilə bağlı suala cavabında deyib: “Biz buna dərhal qayıtmaq üçün bir yol görmürük".
Eyni zamanda, o, sövdələşməyə qayıtmaq üçün heç bir perspektivin olmadığını müdafiə edib, çünki Moskva bu sahədə tələblərini dəyişir. "Biz onlara təzyiq göstərməyə davam edəcəyik" - Ağ Ev nümayəndəsi bununla bağlı qeyd edib.
Turan İSMAYIL