Fransanın Nigerdəki səfiri “girov götürüldü - Makron

 22:31 15.09.2023     282

Fransanın Nigerdəki səfiri “sözün həqiqi mənasında girov götürülüb”.

Redaktor.az “Figaro”ya istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Səfirliyə ərzaq çatdırılmasına maneə törədilir. Səfir hərbi norma ilə qidalanır” – dövlət başçısı bildirib.

Qeyd edək ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilərFransa səfirinin ölkədən çıxmasını tələb etsələr də, o, səfirlik ərazisini tərk etməyib (apa).