Tacikistanın ilk müdafiə naziri vəfat etdi

 21:50 16.09.2023     301

Tacikistanın ilk müdafiə naziri Aleksandr Şişlyannikov 73 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ehtiyatda olan general-mayorun hərbi elmi-tətbiqi inkişaf mərkəzində çalışdığı bildirilib.

“2023-cü il sentyabrın 15-də ömrünün 73-cü ilində Özbəkistan Respublikası Silahlı Qüvvələri Akademiyasının Hərbi Elmi və Tətbiqi İnkişaf Mərkəzinin baş elmi işçisi, ehtiyatda olan general-mayor, hərbi elmlər namizədi, professor Aleksandr Vladimiroviç Şişlyannikov ağır xəstəlikdən sonra dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.

O, Daşkənd Ali Tank Komandanlığı Məktəbini bitirib, sonra Çexoslovakiya və Almaniyada sovet qoşunlarında xidmət edib.

O 1993-cü ildən 1995-ci ilə qədər bu vəzifədə olmuşdur (apa).