Rusiyanın Hökumət Evində maska ​​rejimi bərpa olunacaq

 22:43 16.09.2023     354

Rusiyanın Moskvadakı Hökumət Evində koronavirusa yoluxma hallarının artması ilə əlaqədar olaraq, COVID-19-un yayılmasına qarşı məhdudiyyətlər, o cümlədən maska ​​rejimi yenidən tətbiq edilməyə başlayacaq.

Bu barədə Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, binaya gələnlərin sayı və işçilər arasında təmaslar azalacaq, həmçinin həm Rusiya daxilində, həm də xaricə ezamiyyətlərin sayının azaldılması nəzərdə tutulur (report).