Almaniya BMT-də köklü islahatlara çağırır

 11:49 17.09.2023     260

Almaniyanın xarici işlər naziri Annalena Barbok BMT-də əsaslı islahatların aparılmasının zəruriliyindən danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Onun fikrincə, təşkilat daha ədalətli, əhatəli və səlahiyyətlərə malik olmalıdır.

"20-ci əsrin dünyasını hələ də təmsil edən BMT Təhlükəsizlik Şurası artıq uyğun deyil" Burbok deyib.

Onun sözlərinə görə, BMT 21-ci əsrin reallıqlarına uyğunlaşarsa, təşkilat “dünya birliyinin problemləri birgə həll edəcəyi” məkana çevrilə bilər.

“Almaniya, həmçinin Braziliya, Hindistan və Yaponiya ilə birlikdə Təhlükəsizlik Şurasının islahatının tərəfdarıdır”, Baerbok qeyd edib.

Qeyd edək ki, bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Kubada keçirilən “Qrup 77” və Çin sammitində çıxışı zamanı bildirmişdi ki, BMT Təhlükəsizlik Şurasının tərkibi müasir reallıqları əks etdirmir, bu qurumun islahatlara ehtiyacı var (apa).