Türkiyədə Antalya ərazisində meşədə yanğın başladı

 14:42 17.09.2023     271

Türkiyədə Antalyanın Alanya rayonunda baş verən meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

Redaktor.az CNN Türk-ə istinadən xəbər verir ki, Alanyanın Dim Barajı ərazisində saat 12:00 radələrində meşə yanğını baş verib.

Yanğınsöndürən qruplar dərhal əraziyə yönəldilib. Yanğın yerinə çatan qruplar alovları qurudan və havadan söndürməyə başlayıb (apa).