Kanada sahilində güclü zəlzələ oldu

 17:38 17.09.2023     267

Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələnin dərinliyi 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb (report).