Konqoda çevriliş xəbəri təkzib olundu

 23:16 17.09.2023     208

Konqo Respublikası hökumətinin sözçüsü Tyeri Lezen Munqala dövlət çevrilişi ilə bağlı şayiələri təkzib edib.

Redaktor.az xəbər verir ki, Munqala ölkədə hər şeyin sakit olduğunu bildirib.

"Konqonun paytaxtı Brazzavildə bəzi ciddi hadisələrlə bağlı inanılmaz məlumatlar ortaya çıxıb. Hökumət bu saxta xəbərləri təkzib edir. Biz əhalini sakit şəkildə öz işləri ilə məşğul olmağa dəvət edirik", - o, X sosial şəbəkəsində bildirib (apa).