Kreml maska ​​rejimi tətbiq edir? - Peskov AÇIQLADI

 14:10 18.09.2023     309

Kreml hələ maska ​​rejimi tətbiq etməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Daha əvvəl Rusiya Federasiyasının Hökumət Evində bu və digər anti-COVİD tədbirlərin geri qaytarılması barədə məlumat verilmişdi.

"Kreml hələ maska ​​rejimi tətbiq etməyib. Bizdə belə tədbirlər yoxdur. Biz görürük ki, təbii ki, müəyyən mövsümilik var, xəstələnmənin mövsümi artımı mümkündür. Mütəxəssislərdən - epidemioloqlardan göstəriş gözləyirik" - Peskov bildirib.

Qeyd edək ki, Rusiya "Rospotrebnadzor" bildirib ki, payızda qrip və koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar müxtəlif müəssisələrdə müvəqqəti olaraq yerli məhdudiyyətlər tətbiq oluna bilər.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən