Qafqazda sülhün və sabitliyin qorunmasında maraqlıyıq - Zaxarova

 17:13 18.09.2023     336

"Rusiya tərəfi humanitar yüklərin daşınması üçün Laçın və Ağdam marşrutlarının paralel açılması ilə bağlı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü əsasında Qarabağdakı humanitar vəziyyətin həllinə yardım etməkdə davam edir".

Redaktor.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqram kanalında paylaşıb.

"Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman partiyaları çatdırılıb. Biz yerli əhalinin maraqları naminə maneəsiz və müntəzəm humanitar yardımların davam etdirilməsini gözləyirik.

Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıdır", - o qeyd edib.