Bayden İranın keçmiş prezidentinə sanksiya tətbiq etdi

 19:16 18.09.2023     258

ABŞ Prezidenti Co Bayden İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və ölkənin Kəşfiyyat Nazirliyinə amerikalıların həbsindəki roluna görə sanksiyalar elan edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Bu gün biz keçmiş prezident Mahmud Əhmədinejada və İran Kəşfiyyat Nazirliyinə qanunsuz həbslərdə iştirak etdiklərinə görə sanksiyalar tətbiq edirik. Biz İrana regiondakı təxribatçı hərəkətlərinə görə xərclər qoymağa davam edəcəyik", - Bayden bəyanatında bildirib.

Sanksiyaların tətbiqi eyni sayda iranlının ABŞ tərəfindən azad edilməsi müqabilində beş amerikalının İran əsirliyindən azad edilməsi ilə üst-üstə düşüb. Razılaşma həmçinin İranın altı milyard dollarlıq aktivinin dondurulmasını və humanitar ehtiyaclar üçün istifadə edilməsini nəzərdə tutur.

Turan İSMAYIL