Fransa Nigerdəki səfirinin gələcəyi ilə bağlı məcburi qərar verməkdən imtina etdi

 19:39 18.09.2023     246

Fransa hakimiyyəti ölkənin yeni hakimiyyət orqanlarının tələblərinə baxmayaraq, Nigerdəki səfiri Silvain İttenin mövcudluğunu qoruyacaq və üsyançılar tərəfindən onun gələcəyi ilə bağlı qərar qəbul etməyə məcbur edilməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Nyu-Yorkda BMT Baş Assambleyasının iclasının açılışından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

"Səfirimizlə hər şey qaydasındadır, bir daha deyirəm, o, təhlükəsizdir. Mövcud vəziyyətin heç bir əsası yoxdur və qəbuledilməzdir. Səfirimiz Nigerin qanuni hakimiyyət orqanları tərəfindən akkreditasiya olunub, o, öz vəzifəsindədir və istədiyimiz qədər orada qalacaq. Biz hakimiyyətin heç bir legitimliyi olmayan qərarlarını tanımaq fikrində deyilik. Biz vəziyyətin inkişafını və təhlükəsizlik şərtlərini daim izləyirik, lakin qərar məcburiyyət altında verilməyəcək", - deyə o, bildirib.

Turan İSMAYIL