BMT baş katibinin müavini qəzaya DÜŞDÜ

 21:40 18.09.2023     262

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Kommunikasiyalar üzrə Baş katibinin müavini Melissa Fleming dünya qurumunun Baş Assambleyasının həftəsi öncəsi velosipedlə qəzaya düşüb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə o, X səhifəsindəki yazısında bildirib.

“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən həftəsi yollarda xaos olur. Həmişə velosiped seçirəm, amma bu gün qırmızı işıqda keçən maşınla qəzaya düşdüm. Bəxtim gətirdi ki, yalnız kəsiklər var", - o yazıb.

Yusif EYVAZLI