Gürcüstanda rusiyayönlü partiya prezidenti impiçment etmək istəyir
Gürcüstanda hakim rusiyayönlü “Gürcü arzusu” partiyasının üzvləri prezident Salome Zurabişvilinin impiçmenti üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Novosti-Georgia” məlumat yayıb.
Nəşrdə qeyd edilib ki, məhkəmə “Gürcü arzusu”ndan olan 80 deputatın imzası ilə təqdimatı baxılmaq üçün qəbul etdiklərini təsdiqləyib.
Ölkə prezidenti konstitusiyanı pozmaqda ittiham olunub.
Konstitusiya Məhkəməsi sentyabrın 14-dən bir ay ərzində öz rəyini verməlidir. Məhkəmə konstitusiyanın pozulduğunu təsdiq edərsə, məsələ parlamentə səsverməyə qaytarılacaq.
İmpiçmentin təsdiqlənməsi üçün deputatların 100 səsi lazımdır. Parlamentdə hakim partiyadan olan 84 deputat olduğundan hələ ki, kifayət qədər səs yoxdur.
Xatırladaq ki, Gürcüstanın hakim partiyasının üzvləri Salome Zurabişvilini hökumətin icazəsi olmadan Almaniyaya işgüzar səfərə getdiyi üçün onu konstitusiyanı pozmaqda ittiham ediblər.
Turan İSMAYIL