"Ukrayna münaqişəsi nüvə müharibəsinə çevrilməməlidir"

 23:05 18.09.2023     285

Ukrayna münaqişəsi nüvə müharibəsinə çevrilməməlidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Tarik Əhməd deyib. Onun Britaniya parlamentinin üzvlərindən birinin sualına yazılı cavabı İcmalar Palatasının saytında dərc olunub.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə “son dərəcə ciddi vəziyyət olaraq qalır, lakin nüvə böhranı deyil və böhrana çevrilməməlidir”. Eyni zamanda o, Moskvanı Kiyevin müttəfiqlərinin ona kömək etməməsi üçün nüvə ritorikasından istifadə etməkdə ittiham edib.

O xatırladıb ki, Yeddilik Qrupunun dəfələrlə xəbərdarlıq etdiyi kimi, bu münaqişədə kimyəvi, bioloji və ya nüvə silahlarından istənilən istifadə son dərəcə ciddi nəticələrə səbəb olacaq.

Əhməd həmçinin Rusiya Federasiyasını vəziyyəti gərginləşdirməməyə çağırıb.

Turan İSMAYIL