Belarusda "Vaqner" düşərgəsindəki bütün çadırlar söküldü

 23:18 18.09.2023     269

Belarus ərazisində "Vaqner" özəl hərbi şirkətinin düşərgəsindəki bütün çadırlar sökülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın “Azadlıq” radiosu məlumat yayıb.

Bildirilib ki, bu, Planet.com xidmətinin sentyabrın 18-də səhər saatlarında çəkilmiş peyk görüntüsündən irəli gəlir. Video onu 9 sentyabr fotosu ilə müqayisə edib.

Belə ki, əvvəllər qoyulmuş bütün çadırlar sökülüb.

Xatırladaq ki, Ukraynaya qarşı müharibədə iştirak edən “Vaqner” özəl hərbi şirkətinin əsgərləri Rusiyada uğursuz çevriliş cəhdindən sonra Belarusa “köçmüşdülər”.

Bir neçə ay sonra Rusiyada "Vaqner"in yaradıcısı Yevgeni Priqojinin olduğu təyyarə qəzaya uğradı. Bunun fonunda Belarusda muzdluların sayı azalmağa başladı.

Bəzi məlumatlara görə, "Vaqner"in Belarusu tərk etməsi Rusiyadan maliyyə çatışmazlığı ilə əlaqədardır. Bu gün Belarusda “Vaqner” özəl hərbi şirkətinin yaraqlılarının mindən az olduğu bildirilib.

Turan İSMAYIL