Ağ Ev Rusiyanın KXDR-ə qarşı sanksiyalar tətbiq etməməsi ilə razılaşmadı

 23:49 18.09.2023     290

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreyaya qarşı sanksiyaların Rusiya deyil, BMT Təhlükəsizlik Şurası tərəfindən qoyulması ilə bağlı sözləri ilə razılaşmayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bundan əvvəl Lavrov KXDR-ə qarşı sanksiyaların Rusiyaya yox, BMT Təhlükəsizlik Şurasına aid olduğunu deyib.

"Biz Şimali Koreyaya qarşı sanksiyalar elan etməmişik. Təhlükəsizlik Şurası sanksiyalar elan edib. Ona görə də Təhlükəsizlik Şurası ilə əlaqə saxlayın və biz Koreya Xalq Demokratik Respublikası ilə bərabərhüquqlu, ədalətli qarşılıqlı əlaqəni inkişaf etdirəcəyik", - deyə Lavrov jurnalist Pavel Zarubinin müvafiq sualını cavablandırarkən deyib.

"Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Mən bununla razı deyiləm", - bunu isə Ağ Ev nümayəndəsi Con Kirbi deyib.

O, qeyd edib ki, ABŞ Avropa İttifaqındakı (Aİ) tərəfdaşları ilə birlikdə Rusiya və KXDR arasında danışıqların nəticələrini izləyir və cavab tədbirlərini istisna etmir.  "Biz izləyəcəyik. İstənilən sövdələşmə BMT Təhlükəsizlik Şurasının, əvvəllər dediyim kimi, Rusiyanın da imzaladığı qətnamələrinin pozulması olacaq. Və biz təbii ki, Aİ-dəki tərəfdaşlarımızla hər iki tərəf bu istiqamətdə hərəkət edərsə, onları necə məsuliyyətə cəlb etmək barədə müzakirələri davam etdirəcəyik”, - Ağ Evin sözçüsü bildirib.

Turan İSMAYIL