ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları ötüb

 10:14 19.09.2023     304

ABŞ-nin ümumi dövlət borcu tarixdə ilk dəfə 33 trilyon dolları ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Maliyyə Nazirliyi yayıb. 

Bildirilir ki, hazırda ABŞ-nin dövlət borcunun həcmi 33,044 trilyon dollar təşkil edir. 

Qeyd edək ki, 3 ay əvvəl – iyunun 16-sı ABŞ-nin dövlət borcu 32 trilyon dolları keçib. “The New York Times” qəzetinin məlumatına görə, bu onilliyin sonuna qədər sözügedən borc 50 trilyon dollara çata bilər.

Vumart və Güvən reklamı Vumart Güvən