ABŞ Leonid Slutskiyə viza vermədi
ABŞ Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr Komitəsinin sədri Leonid Slutskiyə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verməyib.
Redaktor.az xəbər verir ki, bu barədə Slutski özü bildirib.
O, ABŞ-ın ona BMT Baş Assambleyasında iştirak üçün viza vermədiyini söyləyib: “Viza vermədilər. Orada belə çıxış edirəm”, deyə rusiyalı deputat ironiya ilə jurnalistlərə cavab verib