Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında toqquşma

 21:10 19.09.2023     210

Rusiyanın İrəvandakı səfirliyi yaxınlığında iğtişaşçılarla polis arasında toqquşma olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

İrəvandakı Rusiya səfirliyinin binası yaxınlığında iğtişaşçılarla polis arasında toqquşma başlayıb.

Qeyd edək ki, etirazçılar Rusiya səfirliyinin bağlanmasını tələb edirlər. Onlar bunu Qarabağda lokal xarakterli antiterror tədbirləri ilə əlaqələndirir.

Humay İSGƏNDƏRLİ