ABŞ və Çin arasında müharibə qaçılmaz deyil - Kristin Uormut

 21:49 19.09.2023     244

ABŞ və Çin arasında hərbi münaqişə qaçılmaz deyil, onun qarşısını almaq olar və bunun üçün ABŞ hərbçiləri çəkindirmə ilə məşğul olmalıdır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın Quru Qoşunları katibi Kristin Uormut bildirib.

“Düşünmürəm ki, Çinlə müharibə qaçılmazdır, amma döyüşməmək üçün bu müharibəni dayandırmaq lazımdır. Hesab edirəm ki, ordu bu işdə çox mühüm rol oynayır",- deyə ordu katibi deyib.

Humay İSGƏNDƏRLİ