Bayden və Quterreş beynəlxalq qurumlarda islahatları müzakirə etdi

 22:06 19.09.2023     236

ABŞ Prezidenti Co Bayden və BMT-nin baş katibi Antonio Quterreş Nyu-Yorkda keçirilən görüşdə beynəlxalq qurumların islahatlarını müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, onlar müvafiq qlobal problemlər, o cümlədən artan yoxsulluğa və bərabərsizliyə cavab vermək, davamlı inkişafı təmin etmək üçün əlavə resursları səfərbər etmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaq, Rusiyanın Ukraynada apardığı müharibə və BMT-nin fundamental prinsiplərinə hörmət etmək zərurəti barədə danışıblar. Bayden və Quterreş beynəlxalq təsisatların islahat və gücləndirilməsi səylərini müzakirə ediblər.

Qeyd edək ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxış edən Bayden ABŞ-ın BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çalışacağını bildirib. Onun fikrincə, dünya təşkilatının Təhlükəsizlik Şurasında “yeni səslərə” və “yeni rəylərə” ehtiyacı var. Amerika lideri həmçinin əmin edib ki, Birləşmiş Ştatlar digər beynəlxalq strukturları və birlikləri yeniləməyə çalışır.

Turan İSMAYIL