G7 Ukraynada münaqişənin daha 6-7 il davam edəcəyini proqnozlaşdırdı

 22:17 19.09.2023     296

ABŞ və onun G7 müttəfiqləri indi Ukraynada münaqişənin daha 6-7 il davam edəcəyinə inanır və hərbi və maliyyə planlaşdırmasında bu proqnozu nəzərə alırlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi G7-yə daxil olan adı açıqlanmayan Avropa ölkəsini təmsil edən mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kiyevi dəstəkləyən ölkələr bu cür uzunmüddətli münaqişə kontekstində yardımı davam etdirə bilmək üçün öz büdcə layihələrinə yenidən baxmalı olacaqlar.

"Döyüş əməliyyatlarının müddəti ilə bağlı proqnozların dəyişdirilməsinə səbəb ciddi uğur qazanmayan və Qərb ölkələrinin gözləntilərini doğrultmayan Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücumudur",  -deyə mənbə aydınlaşdırıb.

Agentlik G7 ölkələrinin Ukraynadakı münaqişənin mümkün müddəti ilə bağlı əvvəlki proqnozlarını təqdim etməyib.

Turan İSMAYIL