Ermənilər İrəvanda rusiyalı diplomatlara xəsarət yetirib?

 23:51 19.09.2023     389

Rusiyanın Ermənistandakı səfirliyinə İrəvandakı etiraz aksiyaları zamanı xəsarət alan Rusiya vətəndaşları barədə məlumat daxil olmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat katibi Aleksandr Quçkov “Solovyov Live” telekanalında məlumat verib.

O, etirazlar zamanı Rusiya vətəndaşları arasında hər hansı itki olub-olmaması ilə bağlı sualı cavablandırarkən, “Heç olmasa, səfirliyimizə belə bir müraciət daxil olmayıb” deyib.

Bundan əvvəl Rusiyanın İrəvandakı səfirliyinin mətbuat xidmətindən TASS-a bildirilib ki, səfirlik binası etirazçılar tərəfindən tamamilə bağlanıb, diplomatik nümayəndəlik tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.

Turan İSMAYIL