Blinken BMT-də Lavrovla görüşə biləcəyinə cavab verməyib

 23:56 19.09.2023     230

ABŞ dövlət katibi Entoni Blinken TASS-ın BMT Baş Assambleyası çərçivəsində Rusiya nümayəndələri, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla təmaslarının mümkün olub-olmaması ilə bağlı sualına cavab verməyib.

Redaktor.az xəbər verir ki, Baş Assambleyanın kənarında verilən müvafiq suala cavab olaraq Blinken müxbiri salamlayıb, lakin mahiyyəti üzrə heç nə deməyib.

Bundan əvvəl Rusiya Federasiyası və ABŞ nümayəndələri heç bir əlaqənin planlaşdırılmadığını bildirmişdilər. Bununla belə, sentyabrın 20-də Blinken və Lavrovun BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında iştirak edəcəyi gözlənilir. Həmin görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcək.

Turan İSMAYIL