Hakan Fidan İtaliyanın xarici işlər naziri ilə görüşdü

 23:59 19.09.2023     293

Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, görüş zamanı qeyri-qanuni miqrasiyaya qarşı mübarizə məsələsi müzakirə olunub (apa).