Quterreş Baydenlə qlobal maliyyə islahatını müzakirə etdi

 00:18 20.09.2023     316

BMT-nin Baş katibi Antonio Quterreş və ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə qlobal maliyyə institutlarında islahatları müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Quterreşin mətbuat xidməti məlumat yayıb.

"Onlar ABŞ-BMT əməkdaşlığını, çoxtərəfliliyin gücləndirilməsi və davamlı inkişaf məqsədlərinə nail olunmasını müzakirə ediblər. Həmçinin, artan bərabərsizlik probleminin aradan qaldırılması və davamlı inkişafın təmin edilməsi üçün beynəlxalq maliyyə arxitekturasında islahatların aparılması ilə bağlı fikir mübadiləsi aparılıb", - mətbuat xidməti qeyd edib.

Turan İSMAYIL