Ərdoğan Netanyahu ilə ilk dəfə görüşdü

 09:22 20.09.2023     231

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Redaktor.az TRT-yə istinadən xəbər verir ki, görüş BMT sessiyasının keçirildiyi Nyu-York şəhərində yerləşən "Türk Evi"ndə baş tutub.

Görüşdə beynəlxalq və regional məsələlər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Ərdoğan Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu bildirib.

İsrail hökumətinin məlumatında deyilir ki, liderlər tezliklə qarşılıqlı səfərlər barədə razılığa gəliblər.

İsrailin "Channel 12" televiziyası bildirib ki, Ərdoğan gələn ay Türkiyə Cümhuriyyətinin 100 illiyini böyük Qüds məscidinə ziyarəti ilə qeyd etməyə çalışa bilər.