Rusiyanın İrəvandakı səfirliyinə giriş bərpa olundu

 09:38 20.09.2023     273

Məlum olduğu kimi, dünən İrəvanda hökumət əleyhinə keçirilən aksiya zamanı etirazçılar Rusiyanın ölkədəki səfirliyinin binasına girişi bağlayıb. Çox sayda insan binanın həm əsas, həm də arxa girişinin önünə toplaşıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, sentyabrın 20-nə keçən gecə Ermənistan polisi binaya girişi açıb. 

Bildirilir ki, polis əməkdaşları ilk olaraq etirazçılara geri çəkilmək üçün vaxt verib. Aksiya iştirakçıları bu tələbə məhəl qoymadıqda isə polislər onları saxlamağa başlayıb.  

Xatırladaq ki, İrəvanda hökumət əleyhinə keçirilən aksiya zamanı 34 nəfər xəsarət alıb. Onlar arasında 16 polis və 18 mülki şəxs də var.