Ermənistanda etiraz aksiyasında yaralananların sayı 36-ya çatıb

 12:29 20.09.2023     221

Ermənistanda Nazirlər Kabinetinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 36-ya çatıb.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyindən bildirilib.

Yaralananlardan üçü tibb müəssisələrinə yerləşdirilib.