Rusiya ordusunun təyyarəsi qəzaya düşdü

 12:37 20.09.2023     241

Rusiyanın SU-34 hərbi təyyarəsi qəzaya uğrayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, hadisə Varonejdə təlim uçuşları zamanı baş verib. Qəza zamanı qırıcıda olan 2 nəfər katapult etməyə müvəffəq olub. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Hazırda araşdırmalar aparılır.