Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə Qafqazdakı son hadisələri müzakirə etdi

 15:47 20.09.2023     233

Tehranda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla danışıqlar aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, tərəflər beynəlxalq və regional gündəliyin bəzi aspektlərini, o cümlədən Transqafqazdakı son hadisələri müzakirə ediblər.

Görüş zamanı Şoyqu və Əhmədiyan “İran və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi prosesini” nəzərdən keçirib, həmçinin terrorizmlə mübarizənin zəruriliyini vurğulayıb və xarici qüvvələrin mövcudluğunun regiona mənfi təsirini qeyd ediblər.

Turan İSMAYIL