Avropa İttifaqının yeni səfiri Kiyevdə işə başladı

 16:05 20.09.2023     216

Avropa İttifaqının (Aİ) Kiyevdəki missiyasının yeni rəhbəri Katarina Maternova Ukrayna Xarici İşlər Nazirliyində etimadnaməsini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin X səhifəsindəki (keçmiş Twitter) məlumatda deyilir.

“Kiyevə gəldikdən bir neçə saat sonra Aİ-nin yeni təyin olunmuş səfiri Maternova etimadnaməsinin surətlərini xarici işlər nazirinin müavini Evgeni Perebiynisə təqdim edib”, - məlumatda qeyd olunur. Bildirilib ki, missiya və onun rəhbəri həlledici bir zamanda Ukrayna və Aİ arasında güclü tərəfdaşlığı dərinləşdirmək üçün çalışacaqlar.

Bundan əvvəl Aİ səfirliyinə estoniyalı diplomat Matti Maasikas rəhbərlik edirdi. Slovakiyalı Katarina Maternova bu ilin aprelində Aİ-nin Ukraynadakı səfiri təyin edilib.

Maternova əvvəllər Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Baş Direktorluğunun rəhbərinin müavini vəzifəsində çalışıb və Aİ-Ukrayna Assosiasiya Sazişinin həyata keçirilməsi üçün Avropa Komissiyası nəzdində yaradılmış Ukraynaya Dəstək Qrupuna rəhbərlik edib. Maternova əvvəllər Dünya Bankında işləyib və Slovakiya hökumətinin müşaviri olub.

Turan İSMAYIL