Snup Doqun İrəvandakı konserti təxirə salındı

 16:39 20.09.2023     195

Tanınmış amerikalı repçi Snup Doqun İrəvanda Ermənistanın Müstəqillik Günü münasibətilə sentyabrın 23-də baş tutmalı olan konserti son hadisələr fonunda təxirə salınıb.

Redaktor.az “Caliber”ə istinadən xəbər verir ki, bu vəziyyətdə yalnız amerikalı hip-hop ifaçısı qazanıb – pulunu alacaq, çıxış etmək isə lazım olmayacaq.

Erməni KİV hökumətin konsertin təşkili üçün 6 milyon dollar xərclədiyini bildirir. 

Xatırladaq ki, bir müddət əvvəl S. Doq instaqram paylaşımında Azərbaycanın Qarabağ ərazisini Ermənistan ərazisi kimi təqdim etmişdi.