Ərdoğan Yunanıstanın Baş nazirini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının keçirildiyi Nyu- Yorkda Yunanıstanın Baş naziri Kriakos Miçotakisi qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ərdoğanın BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda gərgin iş qrafiki davam edir.
Ərdoğan ilk olaraq Yunanıstanın Baş naziri Miçotakisi qəbul edib (report).