İspaniya iqlim dəyişikliyi ilə mübarizə üçün 262 milyon avro ayıracaq

 22:17 20.09.2023     338

İspaniya hökuməti iqlim dəyişikliyi ilə mübarizəyə kömək etmək üçün təxminən 262 milyon avro ayırdığını açıqlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında keçirilən tədbirdə çıxış edən krallığın hökumət başçısı vəzifəsini icra edən Pedro Sançes deyib.

"Biz iqlim maliyyəsi ilə bağlı öhdəliklərimizi gücləndirmək istəyirik. Buna görə də yaşıl iqlim fondunun ikinci doldurulmasına 225 milyon avro töhfə verəcəyimizi elan etməkdən məmnunam" - Sançes bildirib.

Onun sözlərinə görə, Madridin ayıracağı daha 20 milyon avro beynəlxalq “uyğunlaşma fonduna” gedəcək. Bundan əlavə, hökumət başçısı İspaniyanın “iqlim ədalətini təşviq edən vasitələrə” 17 milyon avro ayıracağını bildirib.

Turan İSMAYIL