Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir - Lavrov

 22:27 20.09.2023     317

Moskva Ukrayna ilə bağlı danışıqlar imkanından imtina etmir, ABŞ istəsə, Kiyevi Rusiya Federasiyası ilə dialoqu qadağan edən fərmanı ləğv etməyə istiqamətləndirə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Danışıqlardan söz düşmüşkən, biz hələ də onlardan imtina etmirik, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu barədə dəfələrlə, o cümlədən son vaxtlar danışıb”, - nazir deyib. Lavrov xatırladıb ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putin hökuməti ilə danışıqları qadağan edən fərman imzalayıb.

“Əgər Birləşmiş Ştatlar onlarla bu qədər maraqlıdırsa, məncə, Zelenskinin bu fərmanının ləğvi ilə bağlı əmr vermək çətin olmayacaq”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Turan İSMAYIL