Bayden İsrailin Baş nazirini Vaşinqtona dəvət etdi

 22:38 20.09.2023     298

ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahunu 2023-cü ilin sonunadək Vaşinqtona səfərə dəvət edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iki liderin Nyu-Yorkdakı görüşündən sonra yaydığı bəyanatda deyilir.

"Prezident Bayden geniş spektrli məsələlər üzrə birbaşa əməkdaşlığı davam etdirmək üçün ilin sonuna qədər baş nazir Netanyahunu Vaşinqtona dəvət edib", - Ağ Evdən bildiriblər.

Bəyanatda qeyd olunub ki, Bayden və Netanyahu görüş zamanı İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduqlarını təsdiqləyiblər. Onlar həmçinin İordan çayının qərb sahilində davam edən gərginliyi müzakirə ediblər və Bayden İsrail və Fələstin arasında ədalətli və davamlı sülhün əldə edilməsi üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb “Bununla bağlı prezident Bayden bütün tərəfləri öhdəliklərinə əməl etməyə və birtərəfli addımlardan çəkinməyə çağırıb”, - deyə bəyanatda bildirilir.

Görüşdən əvvəl Biden Netanyahuya "Müxtəlif fikir ayrılıqları olsa da, mənim İsrailə bağlılığım sarsılmazdır" deyib.  Amerika lideri əlavə edib ki, onun fikrincə, İsrail Yaxın Şərqin sabitliyi və rifahı üçün vacibdir.

Turan İSMAYIL