Latviya prezidenti BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırdı

 23:21 20.09.2023     304

"BMT sisteminin fəaliyyətini aktivləşdirmək və Təhlükəsizlik Şurasında mənalı islahatlar aparmaq lazımdır. Veto hüququndan sui-istifadə nəticəsində Təhlükəsizlik Şurasının uğursuzluğu ciddi narahatlıq doğurur. Məhz buna görə də Latviya bu istiqamətdə səyləri dəstəkləyir. Təhlükəsizlik Şurası daha şəffaf və öz hərəkətlərinə görə cavabdehdir”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Nyu-Yorkda dünya təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının tribunasından bildirib.

“Veto imtiyaz kimi deyil, vəzifə, məsuliyyət kimi yaradılıb”, o əlavə edib.

Bundan əlavə, Latviya Prezidenti vurğulayıb ki, onun ölkəsi Təhlükəsizlik Şurasında regionların, o cümlədən Afrika ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin daha ədalətli və bərabər şəkildə təmsil olunmasının tərəfdarıdır.

Turan İSMAYIL