Polşa artıq Ukraynaya heç bir silah ötürmür - Baş nazir
Polşa artıq Ukraynaya heç bir silah ötürmür.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski Polsat telekanalına müsahibəsində bildirib.
Polşanın Kiyevə hərbi dəstək verməyə davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran o, “Polşa artıq Ukraynaya heç bir silah ötürmür” deyib.
"Biz özümüzü ən müasir silahlarla silahlandırırıq" - baş nazir bildirib.
Qeyd edək ki, son vaxtlar Varşava və Kiyev arasında Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı barəsində ciddi narazılıq yaranıb.
Turan İSMAYIL