Türkiyədə dağlıq ərazidə yanğın baş verdi

 23:47 20.09.2023     288

Türkiyənin Malatya şəhərində yerləşən dağlıq ərazidə yanğın baş verib.

Bu barədə Redaktor.az yerli mətbuata istinadən xəbər verir.

Bildirilib ki, əraziyə 15 maşın yanğınsöndürmə briqadası və 60 canlı qüvvə cəlb olunub, hadisə nəticəsində nəqliyyatın hərəkətində çətnliklər yaranıb.

yanğının əhatə dairəsi küləyin təsiri ilə daha da böyüyüb, yaxınlıqda olan yaşayış evlərinə də təhlükə yaranıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğın nəzarətdədir, soyutma işləri davam edir (report).