"Google" sürücünü uçan körpüyə yönəltməkdə ittiham olunur

 09:47 21.09.2023     323

ABŞ-ın Şimali Karolina ştatının Hikori şəhərində "Google Maps" avtomobil idarə edən Paxsonu yalnış yönəltməklə onun ölümünə səbəb olub.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, vəfat edən şəxsin ailəsi şirkəti ittiham edərək məhkəməyə verib.

Belə ki, "Gogle Maps" illər əvvəl çökən körpünün mövcud olduğunu bildirərək, sürücünü həmin istiqamətdə yönləndirib. Nəticədə isə avtomobil çaya aşıb və sürücü boğularaq ölüb. 

"Google" hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparır.

Humay İSGƏNDƏRLİ